İTV-ni tənqid edən deputatlara kanal rəhbərliyindən CAVAB 

Hazırda oxunan: İTV-ni tənqid edən deputatlara kanal rəhbərliyindən CAVAB 

53263

"İctimai Televiziyanı tənqid etmək hər bir vətəndaşın haqqıdır. Hörmətli deputatlarımız tənqid edirlər. Demək ki, vəziyyəti belə görürlər. Bu gün İctimai Televiziya haqqında tək tənqidi deyil, xoş söz deyən deputatlarımız da olub. Necə deyərlər, xalqın gözü tərəzidir".

Bunu Bizim.Media-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov bu gün Milli Məclisin iclasında İTV-nin fəaliyyətini tənqid edən Fazil Mustafa, Fəzail AğamalıSiyavuş Novruzova cavabında bildirib.

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini niyə tənqid edir?

Baş direktorun sözlərinə görə onlar kifayət qədər uğurlu bir televiziya qurublar:

"Təbii ki, bu kiminsə xoşuna gəldiyi kimi, gəlməyə də bilər. Ancaq bu gün eşitdiyim iradlar mənim üçün yenilik oldu. Parlamentdə bizi həm müdafiə, həm də tənqid edən olub. Demək bu, normal iş prosesidir. Arzulayıram ki, deputatlarımız daha fəal olsunlar. Efirmizə buyursunlar. Bizim efir hər bir deputat üçün açıqdır. Gəlib öz fikirlərini səsləndirə bilərlər. Həm öz fəaliyyətlərini müzakirə edək, həm də bizim fəaliyyət haqqında danışaq". 

Balakişi Qasımov qeyd edib ki, İctimai Televiziyada lağ-lağı yoxdur və deputat Fazil Mustafa konkret bir fakt haqqında danışmaq istəyirsə, sitat gətirsin:

"Deyim ki, filan verilişdə lağ-lağı olub yoxsa tənqid. Bizim kanalda lağ-lağı yoxdur. Satira formatında olan verilişlərimiz var. Əgər hörmətli deputatımız satiranı lağ-lağı bilirsə, bunu deputata sual vermək lazımdır ki, konkret nəyi nəzərdə tutur? Bizim efirimiz çox səviyyəlidir. Əlimizdən gələni edirik ki, İctimai Televiziya daha da yaxşı olsun".

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı bir neçə deputat İTV-nin fəaliyyətini tənqid edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin