Bakıda kişini tualetdə soydular - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda kişini tualetdə soydular - ANBAAN VİDEO

53245

Dekabrın 23-də paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb.

Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb.

Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib.

O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib. Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.

Fakta bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin