"Son zamanlar Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin rəsmləşdirilməsi ilə bağlı ciddi problemlərin olması haqqında çoxsaylı müraciətlər alıram. Müraciətlərdə uşaqlara qayıdış şəhadətnamələrinin verilməməsi, etibarlılıq müddəti keçmiş şəxsiyyət vəsiqəsi və ya onun surəti əsasında şəhadətnamənin verilməsindən imtina edilməsi, itirilmiş pasportların surətləri əsasında və ya sənədin surətinin olmadığı hallarda bu sənədin verilməsinin aylarla müddət aparmasından narazılıqlar bildirilir. Qeyd olunanları nəzərə alaraq qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında məlumatları nəzərinizə çatdırmaq istəyirəm.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikası vətəndaşının diplomatik, xidməti və ya ümumvətəndaş pasportunun, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti başa çatdığı, yararsız vəziyyətə düşdüyü və ya itdiyi təqdirdə, eləcə də xaricdə 18 yaşı tamam olmuş, lakin pasportu olmayan vətəndaşın Azərbaycan Respublikasına qayıtması üçün Azərbaycan Respublikasının konsulluqları tərəfindən rəsmiləşdirilir.
Qayıdış Şəhadətnaməsi aşağıdakı qaydada rəsmləşdirilir:
1. Azərbaycan Respublikasının vətəndaşı pasport və ya şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin səyahət sənədinin etibarlıq müddəti başa çatdığı və ya yararsız vəziyyətə düşdüyü halda, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi alması üçün aşağıdakı sənədləri ərazisində olduğu və ya daha yaxında yerləşən ölkənin konsulluğuna təqdim etməlidir:
1. 1. Ərizə-anket (ərizə-anket konsulluqda təqdim olunur və ya səfirliklərin saytlarından əldə edib əvvəlcədən doldura bilərsiniz - nümunəsi əlavə olunur);
1. 2. Etibarlılıq müddəti başa çatmış və ya yararsız vəziyyətə düşmüş pasportun və ya şəxsiyyət vəsiqəsinin əsli;
1. 3. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil (ərizəçinin etibarlıq müddəti bitmiş pasportunda yetkinlik yaşına çatmayan uşaqlarının fotoşəkli olduqda, həmçinin onların hər birinin 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli);
1. 4. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz.
2. Azərbaycan Respublikasının vətəndaşı pasportunu, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs səyahət sənədini itirdiyi və ya sənəd oğurlandığı halda Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı sənədlər əsasında rəsmiləşdirilir:
2. 1. ərizə-anket (ərizə-anket konsulluqda təqdim olunur və ya səfirliklərin saytlarından əldə edib əvvəlcədən doldura bilərsiniz);
2.2. Ərizəçinin vətəndaşlığını və şəxsiyyətini, onun Azərbaycan Respublikasında qeydiyyat və ya yaşayış yerini təsdiq etməyə imkan verən sənədlər (şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi);
2.3. Ərizəçidə göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir ki bu da müəyyən qədər müddət tələb edir. Odur ki, səyahət zamanı mütləq özünüzlə sənədlərinizin surətlərini çıxarmağı və fərqli yerdə saxlamağı unutmayın.
2.4. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil (ərizəçinin etibarlıq müddəti bitmiş pasportunda yetkinlik yaşına çatmamış uşaqların şəkli olduqda, həmçinin onların hər birinin 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli);
2. 5. Sənədin oğurlanması və ya itməsi haqqında polisə müraciətiniz haqqında məktub; 2. 6. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz.
3. Azərbaycan Respublikası vətəndaşının xaricdə 18 yaşı tamam olduqda və pasportu olmadıqda onun Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı sənədlər əsasında rəsmiləşdirilir:
3.1. Ərizə-anket (ərizə-anket konsulluqda təqdim olunur və ya səfirliklərin saytlarından əldə edib əvvəlcədən doldura bilərsiniz);
3.2. Ərizəçinin şəxsiyyətini, onun Azərbaycan Respublikasında qeydiyyat və ya yaşayış yerini, şəxsiyyətini və vətəndaşlığını təsdiq etməyə imkan verən sənədlər (şəxsiyyət vəsiqəsi, hərbi çağırışçının qeydiyyat vəsiqəsi, doğum haqqında şəhadətnamə və s. );
3.3. Ərizəçidə göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir.
3.4. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; 3. 5. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz.
4. Yetkinlik yaşına çatmamış uşaqlara ayrıca qayıdış şəhadətnaməsi verilmir və onların fotoşəkilləri valideyinlərin şəhadətnaməsinə əlavə olunur. Bunun üçün Səfirliyə aşağıdakı sənədlər təqdim olunmalıdır:
4.1. Hər uşağın 3x4 ölçülü 4 ədəd fotoşəkili
4.2. Doğum haqqında Şəhadətnamə(lər)in əsl(lər)i və fotosurət(lər)i
4.3. Nigah haqqında Şəhadətnamənin əsli və fotosurəti
4.5. Əgər uşaq valideynlərdən birinin qayıdış şəhadətnaməsinə daxil edilirsə, onda digər valideyn razılıq məktubu təqdim etməlidir. Razılıq məktubunu birbaşa konsulluqda təsdiq etdirə bilərsiniz.
Unutmayın ki, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi, yalnız ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğunu, vətəndaşlığı olmayan şəxsin isə Azərbaycan Respublikasında daimi yaşamasını təsdiq edən məlumatlar Azərbaycan Respublikasının konsulluğunun əməkdaşına məlum olduqdan sonra rəsmiləşdirilir. Bunun ücün yuxarıda göstərilən sənədləri konsulluğa mütləq təqdim etməli və sənədlərin qəbulu haqqında qəbz ğötürmək lazımdır. Eyni zamanda konsulluq əməkdaşının sənədləri qəbul etməsi əslində Sizin sənədlərin qaydasında olmasını təsdiq edir.
Sizdən yuxarıda göstərilənlərdən əlavə sənədlər tələb oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2 maddəsi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya şəhadətnamənin verilməsində süründürməçiliyə yol verilməsinə görə konsulluq xidməti əməkdaşları üçün inzibati məsuliyyət müəyyən edib. Qeyd olunan qanunsuzluqları törədən şəxslər haqqında dərhal müvafiq orqanlara şikayət edə bilərsiniz.
Ərazisində olduğunuz ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğundan qayıdış şəhadətnaməsini ala bilərsiniz.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi üç iş günü ərzində verilməlidir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verildiyi gündən bir ay müddətində etibarlıdır və şəhadətnamə yalnız Azərbaycan Respublikasına qayıdış üçündür.
Yeni pasport və ya şəxsiyyət vəsiqəsi alınması üçün qayıdış şəhadətnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinəvə ya ya ASAN xidmətə təqdim olunmalıdır və bu halda həmin orqan Sizdən sənədinizin itirilməsi haqqında digər sənəd tələb etməməlidir.
Qaydış şəhadətnaməsi ilə təmin olunmuş Azərbaycan Respublikası vətəndaşından vətəndaşlıq mənsubiyyəti haqqında arayış tələb oluna bilməz."