Ağdamda ermənilərin yaraladığı "Bakcell" MMC-nin əməkdaşının səhhəti sabitdir.
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Ağdamı atəşə tutdu, “Bakcell”in əməkdaşı yaralandı - FOTO
Bildirilib ki, aldığı xəsarətin həyatı üçün təhlükəli deyil və müalicəsi davam etdirilir.
Qeyd edək ki, "Bakcell" MMC-nin əməkdaşı, 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Məhəmməd oğlu Rəhimli dekabrın 29-u saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində iş görən zaman ermənilər tərəfindən açılan atəş nəticəsində yaralanıb.
O, Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Bizim.Media