“Mən İtv-də hələ də tənqid və təhqir hədəfinə çevrilmişəm”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bildirib:
MÖVZU İLƏ BAĞLI:
Millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini niyə tənqid edir?
“Cəmiyyətdə gedən bütün prosseslərdə tənqid hədəfinə millət vəkilləri çevrilir. Mən İctimai tv-nin fəaliyyəti ilə bağlı həmkarım Fazil Mustafanın fikirlərinə qoşuluram.
İtv-də yayımlanan 3D verilişinə qonaq kimi dəvət olunmuşdum. Lakin verilişin tərzini bəyənmədiyim üçün təklifə yox dedim.
Mən o verilişə getmədim deyə, hələ də orda tənqid və təhqir hədəfinə çevrilmişəm. Millət vəkilinin, bir vətəndaşın hansısa verilişdə təhqir olunması nə dərəcədə doğrudur? Hesab edirəm ki, yayım üzvləri seçiləndə növbəti il mən və həmkarıarımın şikayətləri nəzərə alınacaq. Çünki bir millət vəkili olaraq istəmirik ki, təhqirə görə məhkəmədə qarşı-qarşıya gələk” .
Vüsalə Balayeva, Bizim.Media