"Müharibə veteranları" ödənişi bu qayda ilə alacaqlar - RƏSMİ

Hazırda oxunan: "Müharibə veteranları" ödənişi bu qayda ilə alacaqlar - RƏSMİ

53194

"Vətən müharibəsində iştirak edən şəxslər "Müharibə veteranı" adı və vəsiqəsini alandan sonra ödəniş almaq üçün heç bir quruma müraciət etməli deyillər".

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ilin yekunlarına dair brifinqdə deyib.

O, həmin şəxslərin bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklərini bildirib.

Qeyd edək ki, "Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən "Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin