"Bakıda “pik saat” anlayışı yoxdur, insanlar günboyu tıxacda qalır” – Fazil Mustafa

Hazırda oxunan: "Bakıda “pik saat” anlayışı yoxdur, insanlar günboyu tıxacda qalır” – Fazil Mustafa

53185

“Bizdə ən intellektsiz sahənin başında nəqliyyat gəlir".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyada müqəddəs yer universitet sayılır, bizdə pirlər, ocaqlar...” – Fazil Mustafa


"Aidiyyatı qurumlarla əlaqə saxladıqda günün pik saatlarını dilə gətirirlər. Lakin qeyd etmək istəyirəm ki, artıq şəhərdə "pik saat" anlayışı yoxdur, bütün günboyu insanlar tıxacda qalırlar.

Təsəvvür edin, bir məmur saat 9-da işdə olmalıdır, amma 3-4 saat tıxacda qaldığına görə işə gecikir. 3-4 tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur xəbəriniz varmı?

Bu problemlə bağlı biz aidiyyatı qurumların növbəti il həll yolu planlarını bilmək istəyirik. Nəqliyyat infrastrukturu inkişaf etdirilmir. Növbəti il Bakı şəhərini necə yüngülləşdirməliyik ki, insanlar tıxacda qalmasın, deyə düşünməliyik", - deyə Fazil Mustafa bildirib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin