Arzu və Leyla Əliyevalar analarını belə təbrik etdilər - FOTO

Hazırda oxunan: Arzu və Leyla Əliyevalar analarını belə təbrik etdilər - FOTO

53136
Bu gün doğum gününü qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qızları analarını sosial şəbəkə vasitəsilə də təbrik ediblər.

Moderator.az -ın məlumatına görə, Arzu Əliyeva anasının fotosunu yerləşdirərək “Happy Birthday Mrs. Mehriban Aliyeva!!!” yazaraq təbrikini bildirib.

Leyla Əliyeva isə anası, bacısı və özünün olduğu fotonun üstündə 3 ürək şəkli ilə sevgisini bildirib. 

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 50 yaşı tamam olur.

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 â„–-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə evlidir. Üç övladı və üç nəvəsi var. 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin