Bakı metrosunun “İçərişəhər” stansiyasının vestibülündə metro istifadəçilərinə xoş əhval-ruhiyyə bəxş edən, Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş bayram şousu başlanıb.
Bizim.Media xəbər verir ki, sərnişinlərin görüşünə Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız gəliblər.
Şaxta baba və bugünki tədbirin qonaqları azyaşlı sərnişləri hədiyyələr ilə sevindirib.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, Yeni il şənliyi dekabrın 30-da davam edəcək. Dekabrın 31-i və yanvarın 1-də isə “İçərişəhər” və “28 May” stansiyalarında simli kvartetin ifasında konsert proqramları təşkil ediləcək.
Bizim.Media