31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərinin hava proqnozu açıqlanıb.
Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva son 20 ilin meteoroloji müşahidələrinin nəticələrinə nəzər salıb.
"Aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni ili yalnız 4 dəfə 2007, 2009, 2012, 2016-ci illərdə sulu qar və qarla qarşılayıb.
2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi. Ən aşağı temperatur Bakıda və Abşeron yarımadasında 2009-cu ildə 1.6 dərəcə şaxta qeydə alınıb.
Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da 26,5 dərəcə şaxta olub.
Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisinin hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək", - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 29.12.2021
Bayram günlərində Bakıda hava necə olacaq? - PROQNOZ
Hazırda oxunan: Bayram günlərində Bakıda hava necə olacaq? - PROQNOZ
Hazırda oxunan: Bayram günlərində Bakıda hava necə olacaq? - PROQNOZ
53049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.