10 gün komada qalan qazi Milli Qəhrəmanın qızı ilə evlənir - FOTO

Hazırda oxunan: 10 gün komada qalan qazi Milli Qəhrəmanın qızı ilə evlənir - FOTO

53007

Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurmağa hazırlaşırlar. 

Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, cütlüyün toyu gələn il baş tutacaq.

Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, müharibədən öncə paytaxtda fəaliyyət göstərən restoranların birində aşpaz işləyib.

Səfərbərliklə döyüşlərə qatılan 22 yaşlı qazi, düşmənin atdığı mərmilər nəticəsində üzündə ağır yaralanıb. Milliyətcə rus olan Denis, müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.

Denis Quzlayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin