Moderator.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarından etibarən Binəqədidə - mal bazarı adlanan ərazidə magistral yolun bağlanması saatlarla davam edən tıxacların meydana gəlməsinə səbəb olub. Yolun bağlanması paytaxta və əks istiqamətə hərəət edən avtomobilləri Mehdiabad yolundan istifadə etmək məcburiyyətində qolub ki, bu da sürücü və sərnişlərin yolunu əlavə olaraq bir neçə kilometr uzadıb. Baş verənlər vətəndaşların ciddi narazılığına səbəb olub. Günün istisində saatlarla yollarda qalan insanlar bu durumu əlaqədar qurumların vətəndaşlara olan etinadsız və laqeyd münasibəti ilə izah edib.
Yolun hansı səbəbdən bağlandığı isə bəlli deyil. Son məlumata görə, sözügedən ərazidə avtomobil tıxacı davam edir.
































































































