Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) İmişli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı məsələni nəzarətə götürüb.
Komitədən Bizim.Media-ya verilən məlumata görə, hər iki tərəfin valideynləri İmişli Rayon Polis Şöbəsinə dəvət olunublar. Onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə yaratdığı haqda məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın SON DURUMU
"Məsələ aidiyyəti qurumların nəzarətindədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayan ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik”, - deyə Komitədən bildirilib.
Bizim.Media