Koronavirus əleyhinə dərmanlar vaksinasiyanın yerini tutmur - Nazir müavini

Hazırda oxunan: Koronavirus əleyhinə dərmanlar vaksinasiyanın yerini tutmur - Nazir müavini

52927

Son zamanlar yeni dərmanların tətbiqi ilə bağlı belə fikirlər yayılıb ki, vaksinasiyanın yerini tutacaq. Xeyr, bu, belə deyil!

Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.

MÖVZU İLƏ BAĞLI:

Operativ Qərargahın brifinqi başladı – CANLI YAYIM

O bildirib ki, koronavirusun gecikmiş və erkən fazası var.

"Erkən fazada daxil olan virusun artımı baş verir. Dərmanlar bunun qarşısını almaq üçün istifadə edilir. Gecikmiş fazada isə xəstələr üçün oksigen dəstəyi lazım olur. Yeni tətbiq olunan dərmanlar birinci fazaya aiddirlər. Bu dərmanlar vaksinasiyaya dəstəkləyici xarakter daşıyır", - deyə Teymur Musayev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin