Eynulla Fətullayev Vüqar Bayramovun qardaşını “təxribatçı” ADLANDIRDI – “Milyonları mənimsəyib...” - VİDEO

Hazırda oxunan: Eynulla Fətullayev Vüqar Bayramovun qardaşını “təxribatçı” ADLANDIRDI – “Milyonları mənimsəyib...” - VİDEO

52909

“Yadımdadır, 2005-ci ildə “Realnıy Azerbaydjan” qəzetini yaradanda xarici donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevin mənasız layihəsinə 500 min dollar ayırdılar, hansı ki, həmin pulları yedi. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər isə Arif Əliyev kimilərinə pul ayırdılar. Bunlar ictimai korrupsiya ilə məşğul olurdular”.

Bizim.Media xəbər verir ki, bunu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, 2 il ərzində “Realnıy Azerbaydjan” ümummilli nəşrə çevrilib. Sonra qəzet bağlanıb, özü həbs edilib. Arif Əliyevin qəzeti isə pulları yedikləri üçün batıb.

“Bizim bəxtimiz çox gətirib ki, Soros və digər Qərb qüvvələri İlham Əliyevin devrilməsi üçün pulları vicdansız adamlara ayırdılar, onlar isə sonda bu pulları mənimsədilər. Onların hamısı ictimai korrupsiya ilə məşğul idi. Sizdə Milli Məclisdə Vüqar Bayramov adında deputat oturub, hakimiyyətin ünvanına loyal danışmaqla məşğuldur. Onun qardaşı Qubad İbadoğlu isə Londonda oturub və təxribat fəaliyyəti ilə məşğuldur. 2000-ci illərin əvvəllərində həmin o təxribatçıya milyonlarla dollar ayırırdılar.
 

Bəs pullar hanı? Düşünürsünüz ki, onlar həmin pulları inqilab işinə xərclədilər? Qətiyyən, onlar pulları mənimsədilər və taladılar”, - deyə Eynulla Fətullayev bildirib.


Jurnalist qeyd edib ki, bu gün Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev qanunlarla tənzimlənən medianın olmasını, KİV-in inkişafını istəyirlər. 
 

“İndiki layihəyə qarşı çıxan həmin adamlar anlamırlar ki, Yaltasonrası dünya düzəni çöküb. Beynəlxalq hüquq daha yoxdur.


Avropa Şurası, ATƏT, birqütblü dünyanın digər dekorasiyaları yoxdur. Hansı Venesiya komissiyası? Bütün bu təşkilatlar yeni beynəlxalq münasibətlər sistemindən kənarlaşdırılıblar! Ancaq bir hüquq qalıb-dövlətlərin suveren hüququ. Və İlham Əliyevin dəmir yumruğu. Siz dünyada hansı insan haqlarından danışırsınız, hansı ki, ayrı-ayrı dövlətlər heç öz hüquqlarını qoruya bilmirlər? Siz hansı liberalizmdən danışırsınız ki,  tarixin arxivinə yuvarlanıb?”, - deyə Eynulla Fətullayev vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin