Eynulla Fətullayevdən Milli Məclisdə SƏRT ÇIXIŞ: “Qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər” - VİDEO

Hazırda oxunan: Eynulla Fətullayevdən Milli Məclisdə SƏRT ÇIXIŞ: “Qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər” - VİDEO

52903

“Mən bu gün bu qanunun parlament müzakirəsində həm öz iştirakımı, həm başqa jurnalistlərin iştirakını mənasız hesab edirəm”.

Bizim.Media xəbər verir ki, bunu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı deyib.

“Bunun əvəzində mən indi redaksiyada olmalı və işləməli idim. Dünya qaynayır.

Pakistanla Taliban arasında silahlı münaqişə var, səudiyyəlilər Çin ballistik raketlərinin istehsalına başlayıb... Yaxud bəlkə elə indilərdə Trampın tərəfdarları yenə Kapitoliyə hücum ediblər? Jurnalist redaksiyada oturmalı və ya gedib qaynar nöqtələrdə işləməlidir. Biz isə burada oturub mənasız müzakirələrlə məşğuluq”.

Jurnalist ironiya ilə qeyd edib ki,  Avropa Şurası tərəfindən işlənib hazırlanan və Mətbuat Şurasının sədri tərəfindən dəstəklənən bundan əvvəlki qanunun qəbulundan dərhal sonra onu Eldar Mahmudovun və Əli Həsənovun sifarişi ilə həbs etmişdilər:

“Təxminən bir ildir ki, jurnalistikada islahat başlayıb. Artıq mənə demirlər ki, bunu çıxar, bunu qoy.

Prezident Administrasiyasından və xüsusi xidmət orqanlarından təzyiqlər hiss etmirik. Bizə yaradıcılıq azadlığı veriblər. Deməli, İlham Əliyevin islahatlarını dəstəkləmək lazımdır. Hikmət Hacıyevin yeni konsepsiyasını dəstəkləmək lazımdır. Bunun əvəzində isə qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər”, - deyə o əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin