Növbədə şadlıq saraylarıdı...

Hazırda oxunan: Növbədə şadlıq saraylarıdı...

52868

Yas mərasimlərindəki israfçılığın qarşısının alınması üçün Qafqaz Müsəlmanları İdarəsinin 3 il öncəki müraciətinin nəticəsiz qalmasını görən hökumət inzibati yolla məsələyə əncam çəkmək qərarına gəlib.

QMİ sədrinin müavini, İslam Universitetinin dekanı, Hacı Fuad Nurullah Moderator.az-a müsahibısində məsələyə aydınlıq gətirib---moderator.az/?xeber=52852

Onun şadlıq saraylarındakı israfçılıqla bağlı fikirləri də diqqətçəkən olduğundan ayrıca olaraq oxuculara təqdim etmək qərarına gəldik:

“Şadlıq evlərində keçirilən toylar da QMİ-ni narahat edir. Burada da aşırı israfçılıq var. Amma bu məsələyə toxunulmur. Niyə toxunulmur? Çünki həmin yerlərin sahibləri adi insanlar deyil. Yəni böyük güc və qüdrətə-imkana sahib olan insanlardı. Onlar böyük saraylar tikiblər və insanlara elə menyular təklif edirlər ki, yaxşı qazanc götürsünlər. Hesab edirəm ki, gələcəkdə toylarla bağlı da müəyyən ölçü götürüləcək və israfçılığı heç olmasa qismən də olsa aradan qaldıra biləcəyik.

Təbii ki, toya başqa cür baxışlar var və insanlar öz şad günlərini tamam yaddaqalan keçirmək üçün israfçılğa yol verilməsini qəbul edirlər. Bu baxımdan toyda hədsiz şadyanalıq edənləri də baş düşmək çətin deyil. Amma istənilən halda hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır...”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin