Hədiyyə qutularındakı TƏHLÜKƏ – Mağazalarda ağzı bərk-bərk bağlanmış “torbalar” və AQTA-nın “güclü nəzarəti”

Hazırda oxunan: Hədiyyə qutularındakı TƏHLÜKƏ – Mağazalarda ağzı bərk-bərk bağlanmış “torbalar” və AQTA-nın “güclü nəzarəti”

52841

Rəngarəng yolkalar, bəzəklər, yeni ilin müxtəlif simvolları hər kəsdə pozitiv aura yaradır. Hələ şaxta baba və qar qızı demirik. Uşaqların sevimli ikilisi olan bu personajlarsız bayram ab-havasını hiss etmək mümkünsüzdür. 

Hədiyyə isə bu bayramın ən gözəl tərəfidir. Kiçikli, böyüklü hər kəs bir-birinə hədiyyələr alır və yeni il üçün xoş arzular diləyirlər. Lakin bu hədiyyələrin ən təhülkəli halı məhz uşaqlar üçün nəzərdə tutulanlarıdır.

Mağazalarda Şaxta babanın hədiyyəsi adlandırılan, içi müxtəlif şirinilərlə doldurulan gözoxşayan qutuların nə dərəcədə keyfiyyətli olması hər il müzakirə mövzusudur.

MÖVZU İLƏ BAĞLI:

Dünya xristianlarının MİLAD BAYRAMI – Azərbaycana bu bayramdan hansı pay düşür?

Həmçinin ittifaqların və təşkilatların uşaqlar üçün təşkil etdikləri yeni il şənliklərində, bilet qarşılığında verilən hədiyyə qutuları da bu qəbildəndir.

Bizim.Media bayram öncəsi bir neçə mağazaya baş çəkib. Piştaxtalarda qiyməti 4 manatdan başlayan və 20, 30 manatadək müxtəlif dizaynlı qutularda hədiyyələr görmək mümkündür. 

İçliklə tanış olmaq üçün qutunu açmağa isə icazə yoxdur. Qutunun altında tərkibi ilə bağlı məlumat kağızı var, lakin içindəkilərin son istifadə tarixləri barədə isə heç bir qeydə rast gəlmək mümkün deyil.

Söhbət etdiyimiz satıcıların sözlərinə görə, qutuların köhnə və ya təzə olması ilə bağlı alıcıda narahatlıq varsa, sadə qutu alıb içini özləri doldura bilərlər:

“Hazır qutuların içini açmağa icazə yoxdur. Amma bunları almağda narahatlıq keçirənlərə boş qutuları məsləhət görürük. 2-4 manat arasında satılan boş qutuları alıb içinə istədiyiniz şirniyyatları və digər şeyləri doldura bilərsiniz”.

Yəni, məsələ bu qədər bəsit. Biz də çarəsini başqa yerdə axtarmaq üçün qida texnoloqu Ağa Salamova müraciət etdik:  

“Yeni ilə 10-15 gün qalmış işbazların əllərinə fürsət düşür və onlar marketinq hiylələrinə əl atmağa başlayırlar. Bu fürsətdən istifadə edərək qazanc əldə etmək məqsədi güdürlər. Nəticədə vaxtı keçmiş, istehlak müddəti bitmiş şirniyyatlarlarla, qidalarla hədiyyə qutularını doldururlar. Ən əsası isə onu elə professional şəkildə bağlayırlar ki, açmaq qeyri-mümkün olur. Məyusedici məsələlərdən bir də bəzi istehlakçıların öz hüquqlarını bilməməsidir. Onlar məhsulun istifadə tarixinə diqqət etmirlər, həmçinin məhsulu 14 gün ərzində qaytara bilmə hüquqlarından da xəbərsizdirlər.

Nəticədə vaxtı keçmiş məhsullar uşaqlarda qida dözümsüzlüyü yaradır, mədə-bağırsaq sistemini pozur və zəhərlənməyə qədər gətirib çıxarır”.
Mütəxəssiz həmçinin valideynlərə bu mövzuda diqqətli olmağı, ev məhsullarından hədiyyə qutularını doldurmağı məsləhət görüb.

Məsələyə AQTA-nın da münasibəti maraqlı olar deyə, onlardan sorduq. Həmişəki kimi standart cavab eşitdik:

“Mağazalarda hədiyyəlik qutuların keyfiyyəti, həmin qidaların sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması barəsində güclü nəzarət tədbirləri aparılır”.

Amma o nəzarət harada aparılır? Mağazalarda ağzı bərk-bərk möhürlənmiş qutuların içinə heç siçan da girə bilmir, AQTA-nın tənbəl məmurları bunu necə müəyyən edir? 

Bəlkə sizin evinizdə heç uşaq yoxdur? Bəlkə bu uşaqlar heç kimin gələcəyi deyil? Amma mən bilirəm ki, uşaqları sağlam böyütmək lazımdır, sözün bütün mənalarında. Ona görə ki, bumeranq olub üstünüzə gələndə faydasını görəsiniz.

Səkinə Yusibli, Bizim.Media






























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin