Elçibəyin doğum və haqq dünyasından köçdüyü günləri Elçibəy yolunda olduqlarını iddia edən bəylərin və təşkilatların ayrı-ayrılıqda qeyd etmələrinə son qoyulması üçün nə təklif edərdiniz?
Moderator.az-ın bu sualına cavabında Rəsulzadə-Elçibəy yolunda olan Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyir ki, bunun üçün BƏY-ə layiq bəy olmaq yetər:
"Elçibəyin Milli Azadlıq Hərəkatının Lideri olmasının hamı tərəfindən qəbul edilməsini. Bəyin yazdıqlarını və söylədiklərini təftiş etmədən qəbul edilməsini. Bəyin insanlara və vətənə sevgisindən nümunə götürməyi. BƏYə layiq bəy olmağı."































































































