Qənirə Paşayeva: "Ona körpüdən düşməsi üçün yalvarmağa başladım”

Hazırda oxunan: Qənirə Paşayeva: "Ona körpüdən düşməsi üçün yalvarmağa başladım”

52789
Millət vəkili Qənirə Paşayeva bu gün Koroğlu stansiyası yaxınlığında intihar cəhdi ilə bağlı fikirlərini, yaşadıqlarını açıqlayıb.

Moderator.az-ın məlumatına görə, millət vəkili bu barədə Facebook səhifəsində hadisənin ona çox ciddi təsir etdiyini və bu günü dəhşətli film kimi yaşadığını yazıb:

“Evdən necə çıxdığımı xatırlamıram. Tez Sabunçu rayon polis idarəsinin rəis müavini Əbülfət müəllimə zəng etdim və məsələ ilə maraqlandım.

Qənirə xanım, biz danışmışıq həmin adamla amma hələ razılaşmır, enmir körpüdən və özünü atacağını deyir. Nömrəni verə bilərsinzmi dedim. O da həmin dəqiqə əslində yaxşı olar siz də danışın bəlkə razı sala bilərsiniz dedi. hadisə üzündən dəhşətli tıxacdan addım-addım hərəkət edirdi maşınlar. Nömrəyə nə qədər zəng etsəm də cavab vermirdi həmin adam. Məni soyuq tər basmışdı. Gözümün qabağına asiləsi, uşaqlarının yaşaya biləcəyi faciə gəldikcə dəhşətə gəlirdim və nəhayət “Qənirə Paşayevadır” deyə bir mesaj atdım. 2dəqiqə sonra telefonuma cavab verdi və mən düşməsi üçün xahiş etməyə başladım. Dəhşətli külək səsindən zorla danışılırdı. O isə mənə şikayətini danışır və dinləməmi istəyirdi. Dəhşət içində idim. “Sizi diqqətlə dinləyirəm. Amma nə olar ehtiyatlı olun, yıxıla bilərsiniz, siz düşün mən də çatıram. Sizi istədiyiniz qədər dinləyəcəm” deyirdim. O isə israrla şikayətini danışırdı. Bəlkə 15-17 dəqiqə içində mən nələr yaşadım, onu bir Allah bilir. O dəhşətli külək səsi içində onu dinləyərək “inanın şikayətinizin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəm, dövlətimiz, onun rəhbəri inanıram ki, bu məsələnin obyektiv araşdırılması üçün əlindən gələni edəcək. Amma yalvarıram ordan düşün” deyirdim. Kömək üçün bir az öncə deyir ki, mən sizi heç kimə yalvaran görməmişdim. Dedim ki, mən də ilk dəfədir ki, intihar etmək istəyən şəxslə belə bir vəziyyətdə danışırdım. Birinici danışığımız uğursuz alındı və mən oraya çatmayana qədər enməyəcəyini dedi. 2 dəqiqə sora təkrar zəng etdim və sözün həqiqi mənasında ona düşməsi üçün yalvarmağa başladım, ailəsini, uşaqlarını düşünməsini istədim. Onunla digər qurumlarımızdan da danışıqlar olmuşdu. Fövqaladə Hallar Nazirliyi, Baş Prokurorluq. Razılaşdı və endi. 
Onu artıq Baş Prokurorluqda ən yüksək səviyyədə qəbul etmək üçün gözləyirdilər. Danışdıq. Qardaşım sən indi mütləq ora getməlisən çünki sənin şikayətinin obyektiv araşdırılması üçün ən önəmli qurum məhz Baş Prokurorluqdur. Orda qəbuldan sonra istədiyin zaman təkrar danışarıq, istəsən ofisimizə də gələrsən orda söhbət edərik. Artıq Baş Prokurorluqda qəbuldadır və inanıram ki, inşalllah şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq. Baş Prokuror Zakir Qaralova operativ reaksiyası üçün təşəkkür edirəm. Prokurorluqla telefon söhbətimizdə də məsələyə obyektiv baxılacağı bildirildi.

Ayrıca hər zaman operativliyi ilə seçilən Fövqaladə Hallar Nazirliyimizə də təşəkkür edirəm. Bir vətəndaşımızı da heç bir xəsarət almadan xilas etdikləri üçün. İnşalllah inanıram ki, bir daha belə hallar təkrar yaşanmayacaq. İntiharlar çıxış yolu deyil, əzizlərim. Ailənizi, yaxınlarınızı düşünün lütfən. Yaşadığım hadisənin şokundan indi özümə gəlirəm və sadəcə Allaha dua edirəm ki, şükr ki, hər şey yaxşı qurtardı. Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik.. Hamımız...”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin