Yeni il gecəsi bu içkidən uzaq durun - Ürəyi sıradan çıxarır

Hazırda oxunan: Yeni il gecəsi bu içkidən uzaq durun - Ürəyi sıradan çıxarır

52778

Bir çox insanların Yeni il süfrələrində mütləq spirtli içki olur. 

Bizim.Media xəbər verir ki, məşhur kardioloq Anna Koreneviç bayram günü hansı içkidən nə qədər dozada qəbul etməyin ürəyə təsirindən danışıb.

Həkim bir qədəhdən artıq tünd qırmızı şərab içməməyi tövsiyə edib.

“İkinci qədəh artıq ürəyə yükdür, orqanizmə zərərdir. Xüsusilə pivə çox mənfi təsirlidir. Pivə köpüyündə kobalt var, o ürəyi yükləyir. Eləcə də pivə qanı karbohidrat qazı ilə doydurur, bu da venaları, damarları genişləndirir. Çoxları elə hesab edir ki, pivə ən yüngülüdür, əslində elə deyil, pivə hormonal sistemi pozur, beyin hüceyrələrini məhv edir".

A.Koreneviç kişilərin bayram günü içkilərlə birgə yedikləri qəlyanaltılar, turşular, hisə verilmiş qidaların da qaraciyər və ürək üçün zərərli olduğunu bildirib.

"Yeni il günü üçün ən uyğun içki quru çaxırdır. Araqlardan isə bir qədər bahalı, konservantsız və orijinal məhsullar seçin", - deyə həkim vurğulayıb. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin