Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı - DÖVLƏTƏ ZƏRƏR VURUBLAR

Hazırda oxunan: Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı - DÖVLƏTƏ ZƏRƏR VURUBLAR

52741

Müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı vətəndaşların və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlamalar aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla, vəzifəli şəxslərin Ağdam, İsmayıllı, Xaçmaz, Şəmkir, Lənkəran və paytaxtın Xəzər rayonları ərazilərində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqları üzə çıxıb. Belə ki, onlar tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq hallarına yol verilməsi nəticəsində çoxlu sayda ağacların qanunsuz kəsilməsi, nəticədə dövlətə külli miqdarda ziyan vurulması müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluqdan dəm qazı ilə bağlı maarifləndirici VİDEOÇARX 


Bundan başqa, “Korgöz TM” ASC tərəfindən Korgöz əhəngdaşı yatağında qanunsuz olaraq yerin təkindən istifadə edilməklə əhəngdaşı hasilatı aparılması, həmçinin torpaq üzərində istifadə hüququnun pozulması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.1-ci (səhlənkarlıq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə bir neçə cinayət işləri başlanaraq aidiyyəti üzrə müvafiq istintaq qurumlarına göndərilib.

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin