Mingəçevir şəhər su anbarının ərazisində «Turbaza” adlanan qəsəbədə yaşayan Kəlbəcər köçkünlərinin bir neçəsinin evi torpaq uçqunuyla üzləşmək təhlükəsindədir.
Bu barədə Moderator.az-a elə həmin təhlükəli ərazidə
yaşayanların özləri bildiriblər. Onlar ərazinin şəklini də çəkərək göndəriblər
ki, vəziyyətin kritikliyi hər kəsə agah olsun.
Şəkildə gördüyünüz evlər vaxtilə suyun ləpələri
tərəfindən oyulmuş torpaq üzərindədir,şikayətçilər iddia edir ki, dəfələrlə məlumat
versələr də aidiyyatı qurumlar bu vəziyyətə
göz yumur.
Ancaq hər an 10-15 ev uça bilər və o evlərdə çoxsaylı məcburi köçkün ailələri yaşadığını nəzərə alsaq bədbəxt hadisə baş verəcəyi halda nə qədər insanı fəlakət gözlədiyini təsəvvür etmək çətin deyil...































































































