Rusiyadan qayıda bilməyən 200-ə yaxın vətəndaşımız ölkəmizə gətirildi

Hazırda oxunan: Rusiyadan qayıda bilməyən 200-ə yaxın vətəndaşımız ölkəmizə gətirildi

52704

Son iki gündə pandemiya səbəbindən Rusiyadan qayıda bilməyən 200-ə yaxın Azərbaycan vətəndaşı  ölkəmizə gətirilib.

Bizim.Media xəbər verir ki, Rusiyadan gələn soydaşlarımızı Qusarın  Azərbaycan -Rusiya sərhədində yerləşən Samur keçid məntəqəsində Azərbaycan sərhədçiləri qarşılayıb.

Müfafiq yoxlamalardan sonra TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının tibbi briqadası ölkəyə daxil olan Azərbaycan vətəndaşlarından test nümunəsi götürüb və onlar Qubanın İkinci Nügədi kəndindəki istirahət mərkəzində bir günlük  karantinə alınıblar.

Bir gün sonra  test nəticəsi neqativ çıxanlar evlərinə yola salınacaq, pozitiv çıxanlar isə Quba rayonundakı regional COVİD-19 xəstəxanasına yerləşdiriləcəklər.

Məlumata görə, ötən gün 140 Azərbaycan vətəndaşı Rusiyadan Azərbaycana gəlib, bu gün isə 53 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin