Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslər aşağıdakılardır:
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 157 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:34 / 27.12.2021
Daha 3 qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTO
Hazırda oxunan: Daha 3 qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTO
Hazırda oxunan: Daha 3 qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTO
52687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.