Türkiyədə magistr təhsili alan 6 polisə vəzifə verildi – NAZİR ƏMR İMZALADI

Hazırda oxunan: Türkiyədə magistr təhsili alan 6 polisə vəzifə verildi – NAZİR ƏMR İMZALADI

52686

Dekabrın 27-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2019-2021-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsilini başa vuraraq ölkəmizə qayıtmış 6 məzuna polis leytenantı xüsusi rütbəsi verilməklə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bu münasibətlə DİN-də keçirilən tədbirdə general-polkovnik V.Eyvazov vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərin və Prezident İlham Əliyevin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunan uğurların dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin nəzərlərinə çatdırıb.

Nazir V.Eyvazov bildirib ki, ölkəmizin, eləcə də qardaş Türkiyə DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin