Moderator.az xəbər verir ki, “Bakıelektrikşəbəkə" ASC vətəndaşlara xəbərdarlıq edib. Xəbərdarlıq müraciətində deyilir:
“Elektrik
enerjisindən istifadəyə görə debütor borcu yaranmış əhali və qeyri əhali
abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 23
Avqust 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə
uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
Qeyd
olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç
bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə
qoşulması 24-saatdan sonra mümkün olacaq.
Elektrik
enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı
dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması
elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə
sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası
Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün
"Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir”.

































































































