“Dövlət qurumlarında 8 rəhbər qadın var” - Bahar Muradova

Hazırda oxunan: “Dövlət qurumlarında 8 rəhbər qadın var” - Bahar Muradova

52656

"Azərbaycan cinsi ayrı seçkilik üzrə dünya ikincisidir".  

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Bahar Muradova bildirib.  

Bu duruma təəssüfləndiyini bildirən komitə sədri doğulan uşaqlar arasında oğlanların sayının çox olmasını bioloji ayrıseçkiliyə nümunə olaraq göstərib.  

"Lakin Azərbaycanda Milli Məclis və digər dövlət qurumlarında qadınların sayının çox olması artıq gender bərabərliyinin bərabərliyinə nümunədir.

Azərbaycanda hazırda aparıcı dövlət qurumlarında ümumilikdə 8 rəhbər qadın var. Hər 100 təhsil alanın 47-i qadın, digərləri kişidir. Bakalavriat üzrə təhsil alanların içərisində qadınlar, magistratura səviyyəsi üzrə isə təhsil alanlar içərisində isə kişilər üstünlük təşkil edir. Ailə, Qadın və Uşaq Komitəsi təhsil alanlar içərisində qadın-kişi bərabərliyi üçün yerli icraedici orqanlarla birlikdə iş görür". 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin