Fazil Mustafa: “Azərbaycana düşmən olmaq istəyənlər ermənilərin gününə düşəcək”

Hazırda oxunan: Fazil Mustafa: “Azərbaycana düşmən olmaq istəyənlər ermənilərin gününə düşəcək”

5264

Azərbaycanın qonşu dövlətlərlə normal münasibət tərəfdarıdıdır və heç bir dövlət Azərbaycanı xəfifə almamalıdır.

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlaması zamanı belə deyib. Bildirib ki, hansısa ölkənin bizim qələbəmizi həzm edə bilməməsi onun öz problemidir:

“Amma biz hesab edirik ki, belə məqamlar dövlətlərarası münasibətlərə təsirini göstərməməlidir. İran parlamenti bir şeiri günlərlə müzakirə edəcək səviyyədə bekarçılıq keçirisə, gülməlidir. Təsəvvür edin, Türkiyədə Yəmən türküsü mahnısı var, indi Türkiyədə bu mahnını kimsə oxusa, Yəmən Ankaraya etiraz notası göndərməlidir ki, siz niyə bu nəğməni oxudunuz, Yəməndə gözünüz var? Yəni bunun başqa bir izahı yoxdur. Xalq yaradıcılığı, müəllifi belə bəlli olmayan bayatı üzərindən siyasət yönəltmək arxaik yanaşmadır”.

Millət vəkili deyir ki, bizə bi ölkəmizin inkişafına köklənmişik və belə məsələlər bizi yolumuzdan döndər bilməz:

“Çünki biz bölgəni hamının faydası üçün yenidən dizayn etmək fikrindəyik. Əgər bunu kimlərsə hansısa parlamentdə bayatı janrında müzakirə edirlərsə, əslində bu şovinizm əlamətidir. Çünki bu, bütöv xalqın iradəsini əks etdirən yanaşma deyil. Azərbaycanın İranla bağlı ərazi iddiası, yaxud çağırışları mövcud deyil, belə siyasəti yoxdur. Rəsmi Bakı Tehranla normal qonşuluq münasibətlərini davam etdirmək istəyir”. 

Millət vəkili Fazil Mustafa vurğuladı ki, Azərbaycan üçün də ərazisi ilə bağlı İrandan gələn hər-hansı təhdidlər qeyri-ciddi səslənir. 

“Çünki biz istənilən ölkənin qarşısında öz ərazi bütövlüyümüzü qorumaq iqtidarındayıq. Hesab etmirəm ki, Azərbaycan ilə dost olmamaq hansısa dövlətin marağındandır. Məsələn, ermənilər dost olmadılar və başlarına gələnlər göz qabağındandır. Azərbaycana elə - belə, xəfif baxılmasın. Ölkəmizlə dost omaq istəyən yanlız fayda qazanar. Düşmən olmaq istəyənlər isə, yanlız ermənilərin gününə düşər”deyə millət vəkili Fazil Mustafa fikrini tamamladı. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin