Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şuşada çəkib sosial şəbəkədə paylaşdığı videoda prezident İlham Əliyevin 4 yaşlı uşaqla səmimi görüşü əks olunduğu barədə xəbər vermişdik.
Mehriban Əliyeva həmin postu "Şuşada ən balaca general-leytenant” adı ilə paylaşmışdı.
Bizim.Media xəbər verir ki, İctimai TV azyaşlının görüşlə bağlı təəssüratlarını öyrənib.
“İlham baba bizim ürəyimizdir. Sevindim gəlməyinə. İlham baba mənə "ceyran" dedi. Onu çox istəyirəm”, - deyə Asif bildirib.
Bizim.Media