3-cü doza “Pfizer” vaksini “omikron”a qarşı neçə gün effektivdir? – 4-cü doza da vurula bilər

Hazırda oxunan: 3-cü doza “Pfizer” vaksini “omikron”a qarşı neçə gün effektivdir? – 4-cü doza da vurula bilər

52522

“Pfizer/BioNTech” vaksininin 3-cü dozası koronavirusun hazırda sürətlə yayılmaqda olan “omikron” variantına qarşı orta hesabla cəmi 10 həftə immunitet yaradır. 

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib.

Qeyd olunub ki, bu səbəbdən 2022-ci il ərzində bu vaksinin 3-cü dozasını vurduranlara 4-cü doza da lazım gələ bilər.

Araşdırma nəticəsində müəyyənləşib ki, “Pfizer” vaksininin 3-cü dozasından sonra yaranan anticism səviyyəsi bir neçə həftə ərzində 70 faizdən 40 faizə qədər enir. Daha sonra qoruma səviyyəsi 25 faizə qədər geriləyir.

Xatırladaq ki,  Afrikada aşkarlanan “Omikron” koronavirusun ən çox mutasiyaya uğramış variant hesab olunur və əvvəlki “delta” variant ilə müqayisədə sürətlə yayılır.

Ştam dünyanın 106 ölkəsində qeydə alınıb, alimlər bu variantın əvvəlki ştamlara nisbətən daha yüngül simptomlar göstərdiyini deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin