Əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bizim.Media xəbər verir ki, əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub.
MÖVZU İLƏ BAĞLI:
Son üç ildə 151 min şəxsə əlillik təyin olundu
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov "Xəzər Xəbər"ə açıqlamasında əlilliyin insanın 7 əsas həyat fəaliyyəti kateqoriyasına əsasən təyin edildiyini bildirib.
Yeni meyarlar tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb.
Bizim.Media