Rusiya sülhməramlı kontingentinin hərbçiləri xeyriyyəçilərlə birlikdə humanitar aksiya keçirərək, Qarabağın Ağdərə rayonunun sərhəd xəttinə yaxın ərazidə yaşayan minə yaxın erməni məktəblisini qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bayram günlərində Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə 70-ə yaxın humanitar aksiya keçirərək sərhəd xəttinə yaxın Qarabağın ucqar rayonlarından olan 800-ə yaxın uşağa hədiyyələr veriblər.
Bizim.Media