Şamaxıda maral buynuzu vannası qəbul etmək üçün sanatoriya açılacaq - FOTOLAR

Hazırda oxunan: Şamaxıda maral buynuzu vannası qəbul etmək üçün sanatoriya açılacaq - FOTOLAR

52457

Jurnalistlər mediatur çərçivəsində dəniz səviyyəsindən 2130 metr hündürlükdə yerləşən, Şamaxının Pirqulu dağ massivində yerləşən Safari Parkda da olublar. 

Safari Parkda 3 növ maral, yak, zubr, bizon, lama, alpakalar olmaqla 1300-1500 civarında iribuynuzlu heyvan var.

Safari parkın ən əzəmətli sakini isə 8 yaşlı Xan maralıdır. Xan maralı bir neçə ildir buynuzunu atmır. Marallar adətən dekabr- fevral ayında buynuzlarını atır. 

Maralların buynuzları may - iyun ayında pant zamanı kəsilir. Pant zamanı maralların buynuzu tam sümükləşməmiş içi qan laxtası, üzəri isə məxmər tüklü olur. Pant minerallarla zəngin bir unikal vasitədir.

Parkda tezliklə pant vannası qəbul etmək üçün sanatoriya da fəaliyyət göstərəcək. Pant bir çox xəstəliklərinin dərmanıdır, ancaq onun birinci funksiyası orqanizmi cavanlaşdırmasıdır.

Heyvanlar hər il vaksin olunur. Onlar ot və vələmir ilə qidalanırlar. Fəsillərə görə heyvanların qida rejimləri dəyişir. Qışda gündə 2 dəfə, yayda isə 1 dəfə qidalanırlar.

Ərazidə süni su hövzələri var, heyvanlar burada su ehtiyaclarını ödəyir.

Park ilk dəfə 2017- ci ildə istifadəyə verilib. Lakin ümumi ziyarətçilərin üzünə bu ilin oktyabr ayında açılıb. Parkın ətrafında xüsusi turlar təşkil olunur.

Tələbə və şagirdlərə xüsusi təkliflər var. 6 yaşına qədər uşaqlara parka giriş tam ödənişsizdir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin