Süni "yolka", yoxsa təbii küknar ağacı? - Sorğu + MÜTƏXƏSSİS RƏYİ 

Hazırda oxunan: Süni "yolka", yoxsa təbii küknar ağacı? - Sorğu + MÜTƏXƏSSİS RƏYİ 

52427

Yeni ili onun simvolu olan küknar ağacsız, el deyimi ilə desək, "yolka"sız təsəvvür etmək mümkünsüzdür. Lakin çoxumuz süni "yolka"lardan alıb evimizdə yeni il ab-havası yaradırıq. 

Bizim.Media olaraq keçirdiyimiz sorğu nəticəsində, insanların bir çox qisminin süni yolka qurmağa üstünlük verdiyini müşahidə etdik: 
 

MÖVZU İLƏ BAĞLI:

Dünya xristianlarının MİLAD BAYRAMI – Azərbaycana bu bayramdan hansı pay düşür?


Sorğuda iştirak edən Samirə Əliyeva: "Evdəki süni yolkadır. Hər il şkafdan götürüb həmin yolkanı qururuq". 

Ülviyyə Hadıyeva: 

"Uşaq olanda təbii yolka qururduq. Amma indi süni yolkaya üstünlük veririk. Çünki bu daha əlverişlidir". 

İnarə Vəliyeva:

"Təbii yolkanı ev şəraitində saxlamaq çətindi, biz kiçik dibçəklərdə alıb bəzəmişik, amma ənənəvi süni yolkanın yerini vermir. Ona görə də bizim üçün daha rahat olan süni yolkadır". 
İlahə Nəzərova: "Süni yolka birdəfəlik can rahatlığıdır. Əslində təbii yolkalar ürəyimcədir amma maddiyat məsələsi önə keçir həmişə olduğu kimi". 

Şəkər Yusifli:

"Təbii yolka işgəncədir. Ev bütün iynəyarpaq olur". 

Amma bəzi insanlar hesab edir ki, təbii yolkanı seçmək bir baha həyatiliyə dəlalət edir və onun yaşatdığı duyğular tam başqadır: 

“Əvvala bu canlı təmasdır, ikincisi, onun ətri evə xüsusi rahatlıq verir. 15-20 gün ərzində siz evinizdə meşənin bir hissəsini hiss etmiş olacaqsınız”.

Elə bu mövzuda mütəxəssislər rəy almağın tam yeridir deyib, aqronoma suallarımızı ünvanladıq. Aqronom Vüsal Hacıyev də təbii yolkaların üstünlüklərindən danışdı və ev üçün təbii yolka seçərkən hansı ağaclara üstünlük verməyi qeyd edib: 

"Yolka üçün ən yaxşı ağac növləri şam, küknar, sidr iynəyarpaqlılarıdır. Onların dekorativ olaraq növləri çoxdur. Görünüş olaraq, şam ağacının "Pinus pinea" növünü və küknar ağaclarını yolka kimi istifadə etməyə tövsiyə edərdim. Həmçinin şam ağacı digərlər iynəyarpaqlılardan fərqli olaraq daha çox oksigen qazı ifraz edir". 

Mütəxəssis həmçinin təbii yolka alıcılarına xəbərdarlıq da edib: 

"Ağacları alarkən əmin olmaq lazımdır ki, üzərində həm bitki, həm də insan üçün zərərli orqanizmlər yoxdur. Ona görə də canlı yolka evə gətirilərkən su ilə təmiz yuyulmalı və geniş dibçəkdə əkilməlidir". 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin