"4 il qabaq ərəblər biznesimi dağıtdı" – Alfonsun ACI XATİRƏLƏRİ 

Hazırda oxunan: "4 il qabaq ərəblər biznesimi dağıtdı" – Alfonsun ACI XATİRƏLƏRİ 

52399

Kod adı Afiq olan qəhrəmanımız ötən yazılarımızda haqlarında danışdığımız Tofiqlə Rafiqin dostudur. Daha dəqiq desək, Afiq də bir zamanlar alfonsluq edib. Bunu digərlərindən fərqləndirən cəhət o olub ki, Afiq bütün qızlarla pul müqabilində görüşməyib. Yəni bir qadından aldığı pulu başqa bir qıza xərcləyə bilirdi. Özünün də dediyi kimi:

"Elə sevgililərim olub ki, onlardan yanında olmağı istəməkdən başqa bir şey ummaq günahdır".

Bizim.Media-ya müsahibəsində Afiq bu fikrini həmin qızların həm xarakter, həm də zahirən gözəl olması ilə əlaqələndirib:

"Həm də çox ehtiraslıydılar. Onlarla görüşdən sonra elə halda olurdum ki, sanki bir saat fin hamamından olub çıxmışam".

Afiqin sözlərinə görə, belə ürəyincə olan xanımlar hədiyə, pul müqabilində görüşdüklərinin içində də var idi. Ta ki, 2017-ci ilə qədər həyatını bu şəkildə davam etdirib. Həmin il isə:

"İslam Həmrəyliyi oyunları Bakını dəyişdi. Seks üçün pul xərcləyən qadınlar gördü ki, ərəb turistlərlə intim daha sərfəlidir. Bir gecəyə ən azı 100 dollarları var və Azərbaycanda ayıb olan müxtəlif kamasutra pozaları əlçatanlaşdı. Nə yalan deyim, şəhərin mərkəzinə çıxırdıq və mənim kimi "simpatyaqa"ya baxan olmurdu. Əksər qızların gözü ərəb axtarırdı. İslam Həmrəyliyi oyunlarının mənə uğur gətirən bir məqamı oldu ki, alfonsluğu tərgitdim".

- Daha əvvəlki illərə aid ən maraqlı sevgi, görüş əhvalatlarınızdan hansını xatırlayırsınız?

"2013-cü il idi. Tofiq "moy mir"də, mən "odnoklassnik"də ən baxılan profillərdən idim. Bir gün bir qız yazmağa başladı ki, bir-birimizi tanıyırıq falan-filan. Bəs məni həmişə sevib, nə yaxşı ki tapdı və s. Fotosunu istədim, baxdım, amma tanımadım. Həmyaşıdım və həmbürcüm olan qəşəng Xəyalə. Ailəli olmasına baxmayaraq, bir ev tutdum, görüşdük. Sevişdik.
 

Başını sinəmə qoyub doluxsunmuş formada bir daha soruşdu ki, "doğrudan məni tanımadın?"
Sən demə, tələbə yoldaşım olub və hər dəfə dəhlizdə, universitetin həyətində gözüylə məni yeyirmiş.


Sadəcə o vaxtlar görüşdüyüm qızlar əsasən rus bölməsində oxuyanlar idi. Ona görə bu gözəllikdə qıza fikir verməmişəm. İki il birgə təhsil alasan, salamlaşmayasan və 5 il sonra yataqda görüşəsən".

Afiq sonda bildirib ki, həyatın elə çağları olur ki, görməzdən gəldiklərimiz əslində ən görməli olduqlarımızdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin