Dərmanların reklamı QADAĞAN OLUNSUN - Farmokoloqdan Parlamentə ÇAĞIRIŞ

Hazırda oxunan: Dərmanların reklamı QADAĞAN OLUNSUN - Farmokoloqdan Parlamentə ÇAĞIRIŞ

52398

Dərman reklamı ilə bağlı məsələ yenidən aktuallaşıb. İctimaiyyətdə son vaxtlar bununla bağlı narahatlıq var. Qanunvericiliyə görə Səhiyyə Nazirliyi dərmanların reklamına icazə verməyib. Hansı ki, əvvəllər Səhiyyə Nazirliyi tərəfindən perearatların tanınması və reklamı üçün rəy verilirdi. 

Az qala hər gün televiziya və radio kanallarında, küçələrdəki reklam lövhələrində, metro və avtobuslarda dərman reklamına rast gəlirik. 2015-ci ildə qəbul olunan "Reklam haqqında" yeni qanun layihəsinə görə yalnız reseptsiz satılan dərmanlar reklam oluna bilər. Reseptlə satılan dərmanlar isə ümumiyyətlə reklam olunmamalıdır.

MÖVZU İLƏ BAĞLI:

TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmir”

Yeni layihəyə görə, həkim resepti olmadan buraxılan dərmanların reklamı üçün yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilə bilməz.

Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək olmaz. Amma çox hallarda bu tələb də pozulur.  

Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarı olduğunu bildirib:

“Dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə, yaxşı təsiri olar. Elə dərman vasitələri var ki, insanlar üçün allergik  və ya başqa mənfi nəticələr törədə bilər. Ümumiyyətlə qanun icazə versə belə dərman reklam olunmamalıdır. Reklam varsa, demək orada keyfiyyətsizlikdir. Dərmanı yalnız həkim reklam edə bilər. Dərman reklamı ilə məşğul olanlar müəyyən qruplara xidmət edir. Elementar bir nümunə deyə bilərəm. Bu gün xaricdən ölkəyə dərman gətirən hkim yoxdur”.

Aydın Əliyevin sözlərinə görə sözügedən məsələ Milli Məclisin növbəti dəfə gündliyinə çıxmalıdır:

“Parlamentin Səhiyyə Komitəsi dərmanların reklamına icazə verməmələdir. Xalqın istəyini nəzərə alıb qanun qəbul etməlidirlər. Biz xalq olaraq isə dərmanların reklamına etiraz edirik”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin