İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən “Azərişıq” ASC tərəfindən görülmüş işlərdən bəhs edən “İşıqlı Qarabağ” sənədli filmi hazırlanıb.
ASC-dən Bizim.Media-ya bildirilib ki, filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə hələ müharibə davam edən vaxtlarda elektrik xətlərinin çəkilməsi, eləcə də Zəngilan, Qubadlı rayonları və Şuşa şəhərində görülən işlərlə bağlı real kadrlar və müsahibələr təqdim edilir.
Həmçinin sənədli filmdə Kəlbəcər rayonu ərazisində Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən görülən işlərdən bəhs edilir.
Xüsusilə də qarlı və şaxtalı günlərdə hərbi hissələrə elektrik xətlərinin çəkilişində iştirak edən fədakar “Azərişıq” əməkdaşlarının fəaliyyəti “İşıqlı Qarabağ” sənədli filmində real kadrlarla göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:01 / 25.12.2021
“İşıqlı Qarabağ” sənədli filmi hazırlandı
Hazırda oxunan: “İşıqlı Qarabağ” sənədli filmi hazırlandı
Hazırda oxunan: “İşıqlı Qarabağ” sənədli filmi hazırlandı
52381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.