Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı

Hazırda oxunan: Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı

5233

"Azərbaycanın Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirir ki, bu günədək 2756 şəhidimiz dəfn edilib".

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur".

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir".

"Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir".

"Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

"Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin