“Digər bölgələrlə nisbətdə Aran zonasında qızların təhsil səviyyəsi aşağıdır. Çox istərdim ki, İmişlidə hər bir qız uşağının oxuması üçün imkanlar yaradılsın. Hər bir ailə ilk növbədə qızına təhsil versin və sərmayəsini ona qoysun”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev İmişlidə ziyalı qadınlarla görüşündə deyib.
Deputat Azərbaycanda gender bərabərliyinin qurulması üçün qızların təhsil almasını vacib sayıb:
“Bu gün cəmiyyətdə gender bərabərliyindən danışırıq. Amma qadının təhsili və işi yoxdursa, o, öz ayaqları üstündə dura bilmirsə, gender bərabərliyi də mümkün olmayacaq”.
Deputat İmişli qadınlarınıın biznes ideyalarının həyata keçirilməsi istiqamətində çalışdıqlarını da qeyd edib:
“İş qadınları ilə görüşmüşəm və onların yaratdıqları bir çox Assosiasiyaları da tanıyram. Məhz həmin iş xanımları ilə yaxın zamanlarda görüş təşkil edəcəyəm. Kim yaradıcıdırsa və işi ilə bağlı hansısa nəticəyə nail olmaq istəyirsə, onlarla əlaqə yaradaq ki, qadınlarımız bu cür məsələlərdən yararlana bilsinlər”.
Rayonda qadınların asudə vaxtlarının səmərəli keçirmələri üçün şəraitin olmadığını vurğulayan Razi Nurullayev bu məsələni hökumət səviyyəsində qaldıracağını söyləyib:
“Hansı kafeyə və restorana get, qadınlardan fərqli olaraq orada yalnız kişiləri görmək olur. Xanım isə ora gedəndə, buna başqa cür baxacaqlar. Bu streotipləri dağıtmaq üçün ailəvi məkanların olması vacibdir ki, qadınlar da orada icma qura və sosiallaşa bilsinlər”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 24.12.2021
“Təhsil ərdən daha önəmlidir” – RAZİ NURULLAYEV
Hazırda oxunan: “Təhsil ərdən daha önəmlidir” – RAZİ NURULLAYEV
Hazırda oxunan: “Təhsil ərdən daha önəmlidir” – RAZİ NURULLAYEV
52324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.