Tələbə hazırlayan müəllimlərin fəaliyyəti dayandırılacaq - Bir ŞƏRT VAR!

Hazırda oxunan: Tələbə hazırlayan müəllimlərin fəaliyyəti dayandırılacaq - Bir ŞƏRT VAR!

52277

Azərbaycanda repititorluq fəaliyyəti test üsulunun tətbiqindən sonra daha geniş yayılıb. Artıq bu fəaliyyət ənənə halını alıb və möhkəmlənib. Vəziyyət elə bir həddə çatıb ki, bu gün repititor yanına getməyən abituriyent açıq desək, ali məktəbə qəbul ola bilmir. Təkcə yuxarı sinif şagirdləri deyil, ibtidai  və məktəbəqədər yaşda olan uşaqlar da müəllim yanına hazırlığa göndərilir. 

30 ildən çox davam edən repititorluq sahəsinin gəlirli olması heç kimə sirr deyil.

Sözügedən fəaliyyətdən əldə olunan gəlirin vergiyə cəlb olunması məsələsi isə uzun müddətdir ki, aktual olaraq qalır. Hazırda iki istiqamətdə davam edən repititorluqla bağlı hazırlıq qiymətləri də fərqlidir. Fərdi fəaliyyətlə məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırır. Hazırlıq kurslarında isə bu qiymətlər daha yüksəkdir. Amma hazırlıq kursları fərdi repititorlardan fərqli olaraq vergiyə cəlb olunur. Evində hazırlıq keçən repititorların isə vergiyə cəlb olunması müxanizmi hələki hazırlanmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış pediatrdan dərs yükünün ağırlığına ETİRAZ – “Hamı immunitet dərmanı axtarır” 


Maraqlıdır, ümumiyyətlə repititorların vergiyə cəlb olunması mümkündürmü?

İqtisadçı- ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında fərdi repititorluqla məşğul olan müəllimlərin vergiyə cəlb olunması məsələsinin həddindən artıq mürəkkəb olduğunu deyib:

“Bunu sübut etmək, axtarmaq lazımdır və çox ciddi inzibatçılıq tələb edir. Məsələn, müəllim kimi evimdə kiməsə təhsil verirəm, bu xidməti pulsuz da edə bilərəm. Kim sübut edə bilər ki, mən şagirdən pul almışam? Bu sahə ilə bağlı hökumət çətin proseslə qarşılaşa bilər. Sovet dönəmində heç kim repititor yanına getmirdi. Hamı da orta məktəb təhsili ilə kifayətlənib, rahatlıqla ali məktəbə qəbul olurdu. Bu baxımdan repititorluğun vergiyə cəlb edilməsindənsə, hökumət icbari təhsilin keyfiyyətini artırmalıdır”.

Ekspertin sözlərinə görə əslində təhsilin keyfiyyətinin artırılması ilə bağlı müxtəlif islahatlar aparılsa da, bu, kifayət qədər dərinləşməyib:

“Müəllimlərin maaşları artırılır, mütərəqqi tədris metodları tətbiq edilir. Ali məktəblərdə bir qədər bu məsələ yoluna düşüb, amma orta məktəblərdə hələ də çox ciddi problemlər qalır. Bu problem yoluna qoyulsa, repititorluq öz-özünə yoxa çıxacaq. Təhsili elə qurmaq lazımdır ki, müəllimin maaşı şagirdin hazırlığından və təhsilin keyfiyyətindən asılı olsun. Bir sözlə yeganə çıxış yolu icbari təhsilin keyfiyyətinin yüksəldilməsidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin