“Sədərək” ticarət mərkəzində pirotexniki vasitələr satanlar saxlanıldı

Hazırda oxunan: “Sədərək” ticarət mərkəzində pirotexniki vasitələr satanlar saxlanıldı

52261

“Sədərək” ticarət mərkəzində pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən dekabrın 23-də Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazaların birində Bakı şəhər sakinləri - N.Əsədov və A.Zeynallı pirotexniki maddələrin satışı ilə məşğul olduqları aşkarlanıb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Həmçinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 23-də şəhər ərazisindəki mağazaların birindən 26 306 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin