Gəncədə bir qrup dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Tədbir zamanı ümumilikdə 40 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılmış, 31 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:03 / 24.12.2021
Gəncədə 40 dilənçi saxlanıldı
Hazırda oxunan: Gəncədə 40 dilənçi saxlanıldı
Hazırda oxunan: Gəncədə 40 dilənçi saxlanıldı
52225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.