Hulusi Akar ona söz verən azərbaycanlı şəhidin ailəsi ilə görüşdü - FOTO

Hazırda oxunan: Hulusi Akar ona söz verən azərbaycanlı şəhidin ailəsi ilə görüşdü - FOTO

52167

Türkiyənin milli müdafiə naziri Hulusi Akar işğal altındakı torpaqları qurtaracağına dair ona söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə verdiyi sözü tutdu – FOTO/VİDEO


Ankarada baş tutan görüşdə şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev iştirak edib.

Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu vurğulayan nazir bunun Vətən Müharibəsində bütün dünyaya bir daha nümayiş etdirildiyini bildirib. İki qardaş ölkənin kədər və sevinc içində bir yerdə olduğunu ifadə edən Akar bir çox ölkənin bu birliyə həsədlə baxdığını da deyib.

Qeyd edək ki, şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Ankaraya gedib.

Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində  türkiyəli nazirə, “Biz Ali Baş Komandandan əmr gözləyirik.

Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək” deyə bildirmişdi. 

H.Akarın ondan istəyi isə, Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” olmuşdu.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin