“Milad bayramını qeyd edən bütün dostlarımıza və həmkarlarımıza sülh və bərəkət arzulayıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
Milad bayramını qeyd edən şəxsləri təbrik edən H.Hacıyev qeyd edib ki, Azərbaycanda tarixən və ənənəvi olaraq məscidlər, kilsələr, sinaqoqlar sülh və qarşılıqlı hörmət şəraitində yanaşı mövcud olublar.
Bizim.Media