Gələn il dünyanı ƏRZAQ QITLIĞI gözləyir? – Azərbaycanlı iqtisadçının RƏYİ

Hazırda oxunan: Gələn il dünyanı ƏRZAQ QITLIĞI gözləyir? – Azərbaycanlı iqtisadçının RƏYİ

52133

İqtisadtçılar 2022- ci ili ərzaq qıtlığı və dünyada iqtisadiyyatın ən çətin dövrü olacağını proqnozlaşdırırlar. Onlar hətta dünya əhalisinə bacardıqları qədər qida ehtiyatı yaradıb pul yığmaqları barədə xəbərdarlıq da ediblər. Mütəxəssislərin proqnozlarına görə, qarşıdan gələn ildə bir çox iqtisadi problemlər əsasən qida qıtlığı ilə müşahidə olunacaq.

İqtisadçı ekspert Eldəniz Əmirov isə dünya ekspertləri ilə həmfikir olmadığını söyləyib. O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, çətinliklər hər zamanki kimi müşahidə oluna bilər, lakin bu iqtisadiyyatın bu qədər çöküş yaşamasına səbəb ola bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

Gəlirlərimizin necə faizi ərzaq məhsullarına xərclənir? – Ekspertdən AÇIQLAMA


“Son zamanlar dünyada yaşanan siyasi qalmaqallar, təbii fəlakətlər, koronavirusun yeni ştamlarının ortaya çıxması bu cür proqnozların verilməsinə gətirib çıxarıb. Hətta bəzi hallarda Britaniyanın Avropa Birliyindən çıxması kimi faktorlarda bu cür hallarda istinad mərkəzi kimi göstərilir. Bundan başqa Bloomberg tərəfindən dünya iqtisadiyyatının çətin vəziyyət yaşayacağına səbəb kimi Ukrayna və Rusiya arasında baş verən gərginliklər də göstərirlib.

Suriya hadisələrində də belə hallar müşahidə olunurdu. Yəni bütün bunların fonunda bu cür proqnozlar verib, insanları qorxu içərisində saxlamaq düzgün deyil”. 

Ekspert həmçinin vurğulayıb ki, hazırda iqtisadiyyatda inflasiya problemləri müşahidə olunur.

“Bu gün dünyada qlobal səviyyədə iqtisadiyyata buraxılan 17 trilyon dollar infilasiya səviyyəsini artırıb və eləcədə iqtisadi böhranlar müşahidə edilir. Lakin bütün bunların fonunda bəzi sahələrdə pozitivlik müşahidə olunur. Məsələn son bir neçə ildə pandemiya səbəbilə yaranan çip qıtlığının ABŞ qlobal sərmayə bankı olan “Morgan” tərəfindən 2022-ci ilin birinci yarısında başa çatacağını proqnozlaşdırıb.
 

Pandemiya səbəbilə elektron mallara artan təlabata görə, çip qıtlığı yaranmağa başlamışdı, bu da istehsalda bəzi problemlərə yol açmışdı. İqtisadi aktivlik artıma doğru gedir. Gələn il də bu tendensiya artacaq”. 


Bəs, bu cür proqnozlar hansı səbəbə görə baş verir?

Eldəniz Əmirov düşünür ki, bu bəzi qurumların reklam kampaniyasının tərkib hissəsidir.

“Müəyyən informasiya agentlikləri, beynəlxalq təşkilatlar hər zaman optimist proqnozlar verəndə bu dünya miqyasında elə də yayılmır, adi qarşılanır. Lakin mənfi proqnozlar dünyaya güclü səs salır. Bu isə proqnozu verən qurumun böyük reklamına gətirib çıxarır”.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin