Qadınlar niyə uşaq doğmaq istəmir? - Kişilər bəs nədən qorxur? - ARAŞDIRMA

Hazırda oxunan: Qadınlar niyə uşaq doğmaq istəmir? - Kişilər bəs nədən qorxur? - ARAŞDIRMA

52115

Artıq Azərbaycanda evlənən cütlüklər bir uşaqdan artıq övlad sahibi olmaq istəmirlər. Bu isə ölkənin demoqrafik balansına öz mənfi təsirlərini göstərərək vəziyyəti günü-gündən kəskinləşdirir. Ekspertlər də ölkədə yaranmış demoqrafik vəziyyətin fəlakət astanasında olduğu fikirindədirlər. 

Səbəblər isə müxtəlifdir...

2021-ci ilin əvvəlindəki statistik göstəricilər ölkə əhalisinin sayının 7994 nəfər və ya 0,1 faiz artaraq 10127127 nəfərə çatdığını göstərib. Bu isə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olduğunu göstərir.

Hazırda ailə quran gənclərin çoxu demək olar ki, ailədə məsuliyyətdən boyun qaçıraraq bir övladla kifayətlənməyə çalışırlar. Müasir dillə desək bu son dövrlərin tendensiyasına çevrilib.
 

“Azərbaycan cəmiyyətində keçmiş dəyərlərə olan münasibətlər dəyişib. Hətta cəmiyyətin əsas  sosial institutları sayılan ailə,dövlət, din, təhsil və.s institutları tamamilə başqa formada fəaliyyət göstərir”.


Bu fikirləri fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya ölkədəki demoqrafik vəziyyətdən danışarkən deyib. O, qeyd edib ki, son illərdə demoqrafik vəziyyətin kəskin şəkildə aşağı düşməsində müxtəlif səbəblər var.
 

MÖVZU İLƏ BAĞLI:

10 minlərlə yeni iş yeri YARADILACAQ – Qarabağ iqtisadiyyatımızın neçə faizini formalaşdıracaq?


Gənclər niyə evlənmək istəmirlər...

“Bir qisim gənclər sosial, iqtisadi problemlərdən, özünün fərdi azadlığı baxımından həyatında hansısa çətinliklə üzləşməmək üçün ailə qurmaqdan imtina edirlər. Ən çox kişilər bundan qaçmağa çalışırlar. Çünki ailə başçısı əsasən kişilər sayılır, burada məsuliyyətin ağırlığı onları qorxudaraq evlənməkdən çəkindirir. Həmçinin xanımlar da karyerasına görə ailə qurmağı arxa plana atırlar”, - deyə sosioloq bildirib.
 

O, qeyd edib ki, Avropadan əsən rüzgar müasir gənclərimizin düşüncə tərzində “fırtınalar” qoparıb. Bir çoxunun heç Qərb dəyərlərindən xəbəri yoxdur, amma onları imitatsiya etməyə çalışırlar: 


“Ailə qurmağa qərar verən müasir gənclər isə bəzən heç övlad sahibi olmaq istəmirlər. Bəzən isə ailə quran cütlüklər ailədə birdən artıq uşağı arzulamırlar. Bəhanə edirlər ki, sosial, iqtisadi problemləri, ailə keçimsizliyi bu addımı atmağa məcbur edir. Amma anlamaq lazımdır ki, bugünkü yanlış qərarlar gələcəyin ciddi problemlərinə dönüşəcək. Əslində, çox uşaq sahibi olmaq özü də bir növ vətənpərvərlikdir. Amma yanlış düşüncələr ölkəmizdə ailə intitutuna çox ağır zərbə vurur. Ailənin cəmiyyətin əsas sosial institutları arasında çox böyük, özəl bir yeri var. O millətin və şəxsiyyətin formalaşmasında mühüm rol oynayır”. 

Sonda Ağasəlim Həsənov bildirib ki, demoqrafik vəziyyətinin pisləşməsi gələcəkdə işğaldan azad olunan torpaqlarda məskunlaşmaq problemini də yarada bilər.

“Hazırda işğaldan azad olunmuş ərazilərimizdə tikinti, quruculuq işləri gedir, ora əhalinin dönüşü planlaşdırılır. Əgər ölkədə demoqrafik balans pozularsa, gələcəkdə bu torpaqlarda ərazi məskunlaşmasında da müəyyən problemlər yaradacaq. Hazırda bu çox aktual məsələdir. Burada həm elm adamlarımız, mütəxəssislərimiz, eyni zamanda dövlətin özü də ciddi tədbirlər görməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin