Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Qeyd olunub ki, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir. Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:26 / 23.12.2021
Bakıda 3 doza vaksin vurduran təhsil işçilərinin sayı açıqlandı
Hazırda oxunan: Bakıda 3 doza vaksin vurduran təhsil işçilərinin sayı açıqlandı
Hazırda oxunan: Bakıda 3 doza vaksin vurduran təhsil işçilərinin sayı açıqlandı
52083
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.