Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
Bizim.Media Agentliyə istinadən Qarabağda magistral yollardakı vəziyyəti təqdim edir:
Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad edilmiş ərazilərdə YENİ YOLLAR belə olacaq - VİDEO
Toğanalı-Kəlbəcər-İstisu magistral yolunda yağıntı yoxdur. Yolun Murovdağdan keçən hissəsində 21 dekabrdan gecə saatlarına qədər güclü qar yağmış, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir.
16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəliиr. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib.
Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Hacıqabul – Bəhramtəpə – Horadiz magistral yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Bizim.Media