"Bu il uşaqlar arasında virus xəstəlikləri artıb" – HƏKİMDƏN XƏBƏRDARLIQ

Hazırda oxunan: "Bu il uşaqlar arasında virus xəstəlikləri artıb" – HƏKİMDƏN XƏBƏRDARLIQ

52061

Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib.
 

Onun sözlərinə görə, uşaqlar arasında mövsümi xəstəliklər hər il görülsə də, pandemiya başlayandan müraciətlərin sayı daha da artıb: "Bunun əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam uşaq da, xəstə uşaq da məktəbə, bağçaya gedir. Ona görə də xəstəlik çoxalır. Valideynlər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər”.
 

R.Hüseynova qeyd edib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir:


“Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Çoxu bunu soyuqla əlaqələndirsə də, bu virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır.

Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin